Banklar hansı daşınmaz əmlakı girov kimi qəbul etmir? – AÇIQLAMAbackend

Banklar hansı daşınmaz əmlakı girov kimi qəbul etmir? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qanunvericilik bələdiyyə torpaqlarında sənədsiz tikilən evləri girov qoyub, bankdan pul götürməyə imkan vermir”.

NOCOMMENT.az xəbər verir ki, bunu Valyuta.az-a açıqlamasında vəkil Əkrəm Həsənov sənədsiz evlərin banklar tərəfindən girov kimi tanınmamasının səbəblərindən danışarkən deyib.

Vəkil bildirib ki, banklar kredit verərkən mənzil ya torpağın mülkiyyət hüququ haqqında sənədin Daşınmaz Əmlakın Dövlət Reyistrində qeydiyyatda olması ilə bağlı çıxarış tələb edir:

“Bu çıxarış olarsa, bank onu girov götürür, daha sonra kredit ödənməsi ilə bağlı problem yaşananda asanlıqla həmin mənzili hərraca çıxara bilər. Bələdiyyə torpaqlarında tikilən evlərlə bağlı məsələ qanunla tənzimlənməlidir. Əslində bu məsələ zaman-zaman müzakirəyə çıxarılır. Amma hələ də problem həllini tapmayıb”.

Həmsöhbətimiz qeyd edib ki, qanunsuz tikililərin leqallaşdırılması lazımdır:

“Məsələn, 10 il kommunal ödənişləri ödənilən mənzillərə çıxarış verilməlidir. Yerdə qalan qanunsuz tikililəri isə dövlət tanımır, sökülməlidir. Bundan sonra belə qanunsuz tikililəri həyata keçirənlər məsuliyyətə cəlb olunmalıdır”.