Baş Gömrük İdarəsinin rəisi işdən çıxarıldıbackend

Baş Gömrük İdarəsinin rəisi işdən çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Mehman Sadıqov vəzifəsindən azad edilib.

NOCOMMENT unikal-a istinadən məlumat verir ki, bununla bağlı komitə sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb.

Hələlik Mehman Sadıqovun yerinə təyinat yoxdur.

Qeyd edək ki, Mehman Sadıqov komitənin sabiq sədri Səfər Mehdiyevin əmri ilə bu ilin yanvar ayının 1-də Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdi.