Baş nazir jurnalisti məhkəməyə verdibackend

Baş nazir jurnalisti məhkəməyə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belçikanın baş naziri Aleksandr De Kroo siyasətçinin qətli ilə bağlı radioda eşidilən zarafatdan sonra jurnalisti məhkəməyə verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Belçika hökumətinin rəsmi nümayəndəsi Barend Leyts sosial şəbəkələrdə məlumat verib.

“Baş nazir onu ölümə çağıran aparıcıya qarşı şikayət etdi”, -deyə Barend Leyts bildirib.

Qeyd edək ki, Waregem 1 radiostansiyasının efirində De Kroo-nun qətli ilə bağlı zarafat səslənib. Radiostansiyanın jurnalisti Slovakiyanın baş naziri Robert Fikoya sui-qəsd cəhdi ilə bağlı xəbərləri işıqlandırarkən Belçika vətəndaşlarına “şansdan istifadə etməyə” və De Kroo-ya sui-qəsd cəhdi etmək, güman ki, təhlükəsizliyin olmasına baxmayaraq, bu, asanlıqla mümkündür.