Baş Prokurorluqdan Azəriqaz əməkdaşlarının döyülməsi barədə açıqlamabackend

Baş Prokurorluqdan Azəriqaz əməkdaşlarının döyülməsi barədə açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhəri Sabunçu rayonunda “Azəriqaz”ın əməkdaşlarının döyülməsi ilə bağlı cinayət işi başlanılıb.

NOCOMMENT xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən qafqazinfo-nun sorğusuna cavab olaraq bildirilib ki, hadisə aprelin 19-da qeydə alınıb: “Bununla bağlı bildiririk ki, aprelin 19-da “Azəriqaz” İB-in əməkdaşlarının ərazidə xidmət etdiyi zaman qaz xəttinin yerinin dəyişdirilməsi səbəbindən əməkdaşlardan biri- İlkin Əzizovun abonentlə mübahisəsi yaranması və abonentin qohumu olan Elnur Əliyevin həyətdən çıxaraq yumruqla onun çənə nahiyəsindən zərbə endirməsi barədə müraciət əsasında Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsində araşdırma aparılıb.

Fakta görə Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək”.

Xatırladaq ki, “Azəriqaz” İstehsalat Birliyinin yaydığı məlumata görə, qurumun 4 əməkdaşı fiziki hücuma məruz qalıb.