Başçının müavini: 3 medallı qaziyə ev düşmür!backend

Başçının müavini: 3 medallı qaziyə ev düşmür!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bütün qazilərimizdən, onların yaşayış səviyyəsindən xəbərimiz var. O qaldı ki, sosial şəbəkələrdə olan görüntülərə, deyə bilərik ki, qazimiz Məlik Məlikov hazırda Bakıda yaşayır”.

NOCOMMENT xəbər verir ki, bunu modern.az-a açıqlamasında Astara rayon icra başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıqova bildirib.

O, qazi Məlik Məlikovun ev istədiyini deyib: “Həmin evlər əllilliyi olan qazilərə verilir, bu qazimiz sığorta da almayıb. Çünki onun xəsarətləri yüngüldür, əlilliyi yoxdur. Amma biz əlimizdən gələn qədər ona və digər qazilərə yardımlar etmişik. Adi günlərdə ərzaq göndəririk, bayramlarda 100 manat pul verilir. Qazilərimiz bizdən razıdır. Bunu özləri də təsdiqləyə bilər. Onlar bizim baş tacımızdır, balamızdır”.

“Qazi 100 manata bayramı necə keçirə bilər”, – sualına gəlincə, icra başçısının müavini belə cavab verib: “Nə qədər verməliyik pul? 1000 manat? Büdcədə nə qədər varsa, nə qədər imkan çatırsa, köməklik edirik. Bütün qazilərə necə lazımdır köməklik olunur, yaraları da, müalicələri də olunur. Rayonda iş olan kimi biz qaziləri işlə təmin edəcəyik. İlk sırada onlardır. Amma İcra Hakimiyyəti tərəfindən ev tikilməsi mümkün deyil. Büdcədə o qədər vəsait yoxdur. Çünki vətəndaşlara ev tikilmir, balaca rayondur, büdcəmiz kifayət etmir. Əlilliyi olsaydı, heç olmasa, YAŞAT Fondu köməklik edərdi. İnşallah, o qazimizə dövlətimiz ev tikər”.

Qeyd edək ki, qazi Məlik Məlikovun yaşadığı evin fotolarının ictimailəşdirilməsi cəmiyyətdə geniş rezonans doğurub.