Bayden: Biz birlikdə olduğumuz zaman ölkələrimiz daha güclüdür və dünya daha təhlükəsizdirbackend

Bayden: Biz birlikdə olduğumuz zaman ölkələrimiz daha güclüdür və dünya daha təhlükəsizdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya və Cənubi Koreya ilə tarixi zirvə toplantısının keçirildiyi Kemp Deviddə olan ABŞ prezidenti Co Bayden, “Birlikdə olduğuqca ölkələrimiz daha güclü və dünya daha təhlükəsizdir” mesajnı verib.

NOCOMMENT.az xəbər verir ki,B ayden Cənubi Koreya prezidenti Yoon Suk-yeol və Yaponiyanın baş naziri Kişida Fumio ilə Merilend əyalətindəki Kemp Deviddə Şimali Koreyanın yaratdığı təhlükəyə qarşı üçtərəfli sammit üçün görüşüb.

Ağ Evdən verilən yazılı açıqlamaya görə, ABŞ, Yaponiya və Cənubi Koreya Sakit okeanda təhlükəsizlik böhranı və ya təhdid halında bir-biri ilə məsləhətləşmə öhdəliyi ilə üç ölkəni bir araya gətirən yeni qərar qəbul edib.

Ziyarətə gələn liderlərə siyasi cəsarətlərinə görə təşəkkür edən Bayden “Bu, təkcə Kemp Deviddə ev sahibliyi etdiyim ilk sammit deyil, həm də Yaponiya, Koreya Respublikası və ABŞ liderləri arasında ilk müstəqil sammitdir” deyə açıqlama verib.

NOCOMMENT.AZ