Bayden: “Düşünürəm ki, biz saziş bağlamaq ərəfəsindəyik”backend

Bayden: “Düşünürəm ki, biz saziş bağlamaq ərəfəsindəyik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəzza zolağında hərbi əməliyyatların dayandırılması və Fələstinin HƏMAS hərəkatı tərəfindən girov götürülən israillilərin azad edilməsi üzrə beynəlxalq məsləhətləşmələrin iştirakçıları prinsipial razılıq əldə ediblər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden məlumat verib.

Amerika liderinin sözlərinə görə, danışıqlar zamanı tərəflər atəşkəs sazişinin prinsipləri ilə razılaşdıqlarını açıq şəkildə bildiriblər. Bunun fonunda Ağ Evin sahibi qeyd edib ki, o, sazişin imzalanması perspektivlərinə nikbin yanaşır.

“Düşünürəm ki, biz saziş bağlamaq ərəfəsindəyik”, – deyə o vurğulayıb.