Bayden FED administrasiyasına namizədləri açıqladıbackend

Bayden FED administrasiyasına namizədləri açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden Filip Ceffersonu Federal Ehtiyat Sisteminin sədr müavini, Adriana Kuqleri isə FED-in Direktorlar Şurasının üzvü vəzifəsinə irəli sürüb.

NOCOMMENT.az xəbər verir ki, bəyanatda qiymətləndirmələrinə yer verilən Bayden, vəzifəyə gəldikdən sonra əldə etdikləri iqtisadi inkişaflara diqqət çəkərək Ceffersonu FED İdarə Heyətinin sədr müavini vəzifəsinə irəli sürməkdən qürur duyduğunu bildirib.

Senatın keçən il Ceffersonu 7 əleyhinə 91 səs çoxluğu ilə FED İdarə Heyətinin üzvü olaraq təsdiqlədiyini xatırladan Bayden, namizədinin FED sədr müavini olaraq tez bir zamanda təsdiqlənməsini gözlədiyini söyləyib.

NOCOMMENT.AZ