Bayden seçilərsə, ABŞ-ın Qarabağ siyasəti dəyişəcək?backend

Bayden seçilərsə, ABŞ-ın Qarabağ siyasəti dəyişəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bayden ABŞ Prezidenti seçilsə belə, o, Prezident kimi 20 yanvarda iş başına gələcək. O vaxta qədər Qarabağ müharibəsi artıq bitmiş olacaq.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu fikirləri QAFSAM-ın sədr müavini Nazim Cəfərsoy ABŞ prezidentliyinə namizəd Co Bayden ölkə rəhbərliyinə müraciət edərək “Azərbaycan Ordusunun Qarabağda irəliləyişinin qarşısını almağa, 907-ci düzəlişin tam icrasını təmin etməyə və Azərbaycana hərbi texnikanın satışlarını dayandırmağa” çağırmasını şərh edərkən vurğulayıb.

O vurğulayıb ki, heç kim, xüsusilə də Tramp seçki kampaniyasında öz rəqibinin sözü ilə əsla hərəkət etməz: “Bayden seçilsə belə, Qafqazın, həm də bütün regionun yenidən dizaynı üçün aparılan bu müzakirə prosesində heç bir dövlət, xususilə də ABŞ kimi qlobal maraqları olan dövlət birtərəfli davranmaz və uduzan haqsız tərəfdən yana olmaz.

ABŞ Qafqazda sadəcə tarazlayıcı funksiya daşıyır. Əgər bunu Azərbaycana təzyiqlə daha irəli mərhələyə götürmək istəsə, müxtəlif motivlərlə Türkiyə, Rusiya və İranın müqaviməti ilə rastlaşacaq. Digər tərəfdən heç yəhudi lobbisi və İsrail də Baydenə imkan verməyəcək.

Əfqanıstan və enerji xətləri səbəbilə mövcud olan əməkdaşlıqlar var. Yəni Baydenin bu ifadələrinə erməni lobbisinə xoş görünüb seçkidə onların səsini almaq istəyən siyasətçinin dediyi sözlər kimi baxmaq lazımdır”.