Bayden Trampın ABŞ prezident seçkilərində məğlubiyyətə necə reaksiya verəcəyini açıqlayıbbackend

Bayden Trampın ABŞ prezident seçkilərində məğlubiyyətə necə reaksiya verəcəyini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Donald Tramp ABŞ prezident seçkilərində uduzsa öz məğlubiyyətini etiraf etməyəcək.

NOCOMMENT.az xəbər verir ki, bu fikri Amerika dövlətinin hazırkı rəhbəri və Trampın seçkilərdəki rəqibi Co Bayden CNN telekanalına müsahibəsində deyib.

“Sizi əmin edirəm, o bunu etməyəcək”, -deyən Bayden belə bir ssenarinin təhlükəli olacağını qeyd edib.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın əvvəlində keçiriləcək. Son sorğulardan birinə görə, Bayden və Tramp indi demək olar ki, bərabərdirlər: onları seçicilərin müvafiq olaraq 39% və 37%-i dəstəkləyir. Partiyasız namizəd kiçik Robert Kennedi 13%, Yaşıllar Partiyasından Jill Stein 3%, Xalq Partiyasından Kornel Uest 2% səs toplayıb.