Bayrağımızı təhqir edən ermənilərin saxlanılması Bakının açıq mesajıdırbackend

Bayrağımızı təhqir edən ermənilərin saxlanılması Bakının açıq mesajıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Heç kim cəzasız qalmayacaq”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı öz sosial media hesabında yazıb. Onun sözlərinə görə, 2021-ci ildə bayrağımızı təhqir edən ermənilərin Laçın postundan – üçrəngli bayrağımızın altından keçərkən saxlanılması Bakının açıq mesajıdır.

“Sərhədçilərimizin erməni cinayətkarları sülhməramlıların əlindən alaraq, həbs etməsi isə Qarabağda separatçıların, onları dəstəkləyən erməni əhalisinin artıq “sığına biləcəyi”, “döyə biləcəyi” qapının qalmadığını aydın şəkildə təsdiq etdi”.

Ekspeprt vurğulayıb ki, saxlanılan ermənilərin üzr videosunu səbirsizliklə gözləyirik.

Qeyd edək ki, Azərbaycan sərhədçiləri bu gün Laçın sərhəd məntəqəsində bayrağımızı təhqir edən 3 ermənini saxlayıb. bura