ABŞ rəsmisi həddini aşdı – Vaşinqton nə etmək istəyir?backend

ABŞ rəsmisi həddini aşdı – Vaşinqton nə etmək istəyir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibinin müavini Yuri Kim Senatın Xarici Əlaqələr Komitəsində dinləmələr zamanı ermənipərəst senator Bob Menendezin suallarını – daha doğrusu Azərbaycanla bağlı ittihamlarını cavablandırarkən bildirib ki, “biz “Qarabağ xalqı”na qarşı heç bir əməliyyata və hücuma dözməyəcəyik, bu çox aydındır”.

NOCOMMENT.az xəbər verir ki, bunu siyasi ekspert Asif Nərimanlı deyib.

 

“Birincisi, “Qarabağ xalqı” yoxdur, Qarabağda erməni əhalisi var: Yuri Kimin fikirlərini ABŞ-ın Cənubi Qafqaz siyasətində son günlər anti-Rusiya mövqeyini gücləndirən Ermənistana ağırlıq verməsindən irəli gələn mövqe hesab etmək olar;

İkincisi, Azərbaycan Qarabağdakı erməni əhalisinə yox, separatçılara və qanunsuz silahlı dəstələrə qarşı əməliyyat keçirə bilər: bu, artıq qaçılmaz prosesdir və olmayacağı müddətdə problem həllini tapmayacaq, o baxımdan, alternativ yol qalmayıb;

Üçüncüsü, “dözməyib, nə edə biləcəkləri” maraqlıdır: Azərbaycana qarşı bəyanat verməkdən başqa heç nə etməyəcəklər, çünki Vaşinqton İrəvana rəğmən, Ankara faktorunu və Bakı ilə münasibətləri kənara qoymayacaq;

Azərbaycan separatçılara qarşı əməliyyat başlasa, Vaşinqton, eləcə də digər mərkəzlər eyni tipli bəyanatlar, açıqlamalar verəcək, lakin praktiki müstəvidə nəticəyə təsir edə biləcək addım atacaqları gözləntisi azdır”.