Bayram günlərində fəaliyyət göstərəcək banklar açıqlanıb – SİYAHIbackend

Bayram günlərində fəaliyyət göstərəcək banklar açıqlanıb – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

10-14 aprel 2024-cü il tarixləri olan qeyri-iş günlərində bankların və “Azərpoçt” MMC-nin bəzi filial və şöbələri, habelə valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər.

NOCOMMENT.az xəbər veirr ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.

“Bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 17 bankın 126 satış nöqtəsi (o cümlədən, 3 bank üzrə 3 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt” MMC-nin 68 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 5 valyuta mübadiləsi məntəqəsi (o cümlədən, 1-i 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək”, – AMB-dən qeyd olunub.

Bayram günlərində fəaliyyət göstərəcək bankların filial və şöbələrinin, “Azərpoçt”un satış nöqtələrinin və valyuta mübadiləsi məntəqələrinin iş qrafiki ilə aşağıdakı linklər vasitəsilə tanış olmaq mümkündür:

https://uploads.cbar.az/press-releases/3b3aeb3e1ef61ca1c86aec167.pdf

https://uploads.cbar.az/press-releases/c0b0ae4c35422b6b79d86a1f4.pdf

https://uploads.cbar.az/press-releases/f92afe9000f421688adadd472.pdf