Bazarlarda satılan turşular təhlükəlidirmi? – VİDEObackend

Bazarlarda satılan turşular təhlükəlidirmi? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Düzgün hazırlanmayan turşular zəhərlənməyə, bəzən də ölümə gətirib çıxarır.

NOCOMMENT.az Xezerxeber.az-a istinadən xəbər verir ki, qış mövsümündə turşuya olan təlabatın artması bəzən müəyyən fəsadlarla müşaiyət olunur.

Bəs alıcılar turşu alarkən nələrə diqqət edirlər?

Satıcılar deyir ki, onlar satdıqları turşuların təhlükəsizliyinə zəmanət verirlər. Onların sözünə görə, meyvə-tərəvəzlərdən düzəldilən bu bağlamalar sterilizə olunmuş şəraitdə hazırlanır.

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi ilə əlaqə saxlanılıb.

Qurumdan verilən məlumata görə, Agentlik tərəfindən mütəmadi olaraq qida zənciri boyunca fəaliyyət göstərən sahibkarlıq subyektlərində yoxlama nəzarət tədbirləri həyata keçirilir.

Vətəndaşlardan xahiş edilir ki, konservləşdirilmiş məhsul alarkən onun istehsal və son istifadə tarixlərinə, etiket məlumatlarına, qabın səthində nöqsanların olub-olmamasına diqqət etsinlər.

Xezerxeber.az-ın mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edirik: