“Bazarstore” natəmizliyə görə MƏHKƏMƏYƏ VERİLDİbackend

“Bazarstore” natəmizliyə görə MƏHKƏMƏYƏ VERİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bazarstore” supermarketlər şəbəkəsi məhkəməyə verilib.

NOCOMMENT xəbər verir ki, Lent.az-ın məlumatına görə, supermarketlər şəbəkəsinin filiallarından birində yoxlama keçirilib.

Nəticədə sanitar-gigiyena qaydalarının pozulması aşkarlanıb.

Bu fakt üzrə MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 220.2-ci (Yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin pozulmasına görə) maddəsilə cərimə protokolu tərtib olunub.

Protokol baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib. İş hakim Abbas Rzayevin icraatına verilib.

Həmin maddə üzrə supermarketlər şəbəkəsini 400 manatadək cərimə gözləyir.