BDU-nun dosenti vəfat etdibackend

BDU-nun dosenti vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının dosenti Yaşar Əliş oğlu Məmmədli vəfat edib.

NOCOMMENT.az bildirir ki, bu barədə “Report”a universitetdən məlumat verilib.

Bildirilib ki, 64 yaşında dünyasını dəyişən Yaşar Məmmədli 1979-1985-ci illərdə BDU-nun Filologiya fakültəsində təhsil alıb.

1990-cı ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb.

2006-cı ildən BDU-nun Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının dosentidir.