BDU-nun professoru vəfat etdi – FOTObackend

BDU-nun professoru vəfat etdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Nəzəri fizika kafedrasının professoru Azər Əhmədov vəfat edib. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə universitetdən məlumat verilib.

Azər Əhmədov 29 aprel 1964-cü ildə Biləsuvar rayonunda anadan olub. 1982-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olub və 1989-cu ildə həmin fakültəni bitirib. 1992-1995-ci illərdə Fizika fakültəsinin Nəzəri fizika kafedrasının aspirantı olub. 1996-cı ildə namizədlik, 2016-cı ildə isə doktorluq dissertasiyasını müdafiə edib. 2007-2022-ci illərdə Nəzəri fizika kafedrasında dosent, 2022-ci ildən isə professor vəzifəsində çalışıb.

Allah rəhmət eləsin!