Süni intellekt mövzusuna 42 min manatlıq büdcə – BDU-nun yeni tenderi müzakirə yaradırbackend

Süni intellekt mövzusuna 42 min manatlıq büdcə – BDU-nun yeni tenderi müzakirə yaradır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakı Dövlət Universiteti” publik hüquqi şəxs süni intellektin etikası mövzusunda beynəlxalq tədbirin keçirilməsi ilə bağlı satınalma həyata keçirib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, universitet tərəfindən elan olunan satınalmanın qalibi “Admedia.az” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Müqavilənin dəyəri 42.389,73 manat təşkil edir.

Layihə çərçivəsində “Türk Dünyasının 1-ci Beynəlxalq Konfransı – Süni intellektin etikası” və “Ağıllı gələcək: Süni intellekt və etikası üzrə 1-ci Payız Məktəbi” tədbirlərinin təşkili və müvafiq xidmətlərin göstərilməsi nəzərdə tutulur.