BƏƏ prezidenti Bin Zayedə AĞIR İTKİbackend

BƏƏ prezidenti Bin Zayedə AĞIR İTKİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın qardaşı, Əbu-Dabi prezidentinin nümayəndəsi Şeyx Səid bin Zayed Əl Nəhyan vəfat edib.

NOCOMMENT.az xəbər verir ki, BƏƏ rəsmi agentliyində yer alan xəbərə görə, bir neçə gün əvvəl səhhətində problem olduğu bildirilən Səid bin Zayidin ölüm xəbəri Rəyasət Heyəti tərəfindən açıqlanıb.

Prezident Şurasının bəyanatında BƏƏ prezidentinin qardaşı, Əbu-Dabi prezidentinin nümayəndəsi Səid bin Zayed Əl Nəhyanın vəfatı ilə əlaqədar ölkədə 3 günlük rəsmi matəm elan edildiyi və bu müddət ərzində bayraqların yarıya qədər endiriləcəyi bildirilib.

İyulun 22-də Rəyasət Heyətinin təfərrüatlara yer verilməyən bəyanatında 58 yaşlı Səid bin Zayedin səhhətində problem olduğu vurğulanıb.