Dünyanın ən hündür “Bürc-Xəlifə” qülləsində Rusiya bayrağı əks olunub – VİDEObackend

Dünyanın ən hündür “Bürc-Xəlifə” qülləsində Rusiya bayrağı əks olunub – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ərəb Əmirliklərindəki “Bürc Xəlifə” qülləsi “Crocus”-da baş verən terror aktı ilə bağlı dəstək əlaməti olaraq Rusiya bayrağının rənglərinə boyanıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Dünyanın ən hündür qülləsi olan “Bürc Xəlifə” Rusiya bayrağının rənglərinə boyanmışdır”, – mesajda deyilir.

Qeyd edək ki, Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Hadisə “Piknik” qrupunun konsertindən öncə baş verib.

Baş vermiş terror aktı nəticəsində ölənlərin sayı 133 nəfərə çatıb.