Belarus və Rusiya birgə taktiki təlimlər keçirəcəkbackend

Belarus və Rusiya birgə taktiki təlimlər keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 27-dən 31-dək Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları ilə Rusiya Aerokosmik Qüvvələrinin birgə uçuş-taktiki təlimləri keçiriləcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi Telegram-da məlumat yayıb.

Təlimlər vahid regional hava hücumundan müdafiə sisteminin təkmilləşdirilməsi çərçivəsində keçiriləcək.

Onlara hava qüvvələri və hava hücumundan müdafiə qüvvələrinin komandanlığı rəhbərlik edəcək. Təlimlərə aviasiya hərbi hissələri, Belarus Silahlı Qüvvələrinin zenit-raket və radiotexniki qoşunlarının bölmələri, habelə Rusiya Federasiyası Aerokosmik Qüvvələrinin (VKS) kəşfiyyat, qırıcı və ordu aviasiya ekipajları cəlb olunub.

Təlimlər zamanı hər iki ölkənin hərbçiləri döyüş hazırlığı tapşırıqlarını yerinə yetirərkən aviasiya qüvvələrinin idarə edilməsi və qarşılıqlı fəaliyyətin təşkili məsələlərini işləyəcəklər.