Bərdədə ağır qəza: ata və oğul daxil olmaqla 3 nəfər öldü – TƏFƏRRÜAT / VİDEObackend

Bərdədə ağır qəza: ata və oğul daxil olmaqla 3 nəfər öldü – TƏFƏRRÜAT / VİDEO 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bərdədə VAZ markalı iki minik avtomobili toqquşub.

NOCOMMENT.az xəbər verir ki, avtomobildə ata və oğul olmaqla 1968-ci il təvəllüdlü Ələddin Əliyev, onun oğlu Alı Əliyev həyatını itirib.

Digər oğul 2005-ci il təvəllüdlü oğul Röyal Əliyev ağır vəziyyətdə Bərdə rayon xəstəxanaya çatdırılıb.

Ələddin Əliyevin yaxının verdiyi məlumata görə, o Bakıya oğlunu yola salırmış.

Qəza nəticəsində onlar avtomobillərdə sıxılı vəziyyətdə qalıblar. FHN əməkdaşları sıxılı vəziyyətdə qalan 2 nəfərin meyitini çıxararaq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, hadisə zamanı VAZ markalı digər minik avtomobilində olan polis əməkdaşı 2003-cü il təvəllüdlü Səyyad Əliyev də ölüb.