Bərdə Rayon Mərkəzi Xəstəxanası “Sair torpaq tikili və avadanlıqların” satınalınması üçün elan verib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, ehtimal olunan qiymət 23.974,65 AZN-dir.
Satınalınacaq avadanlıqlar arasında mətbəx dəsti (stol + 4 stul), xəstə daşıma arabası, dəri üzlü İSO stulu, 3 yerlik gözləmə stulu və digər inventar yer alır.