Şəxsi gigiyena məqsədilə istifadə olunan sabunlar bərk və maye olmaqla iki yerə ayrılır. Onlardan hansının istifadəsinin daha sağlam olduğu isə həmişə mübahisə mövzusu olub.
NOCOMMENT.az bildirir ki, bu mövzuya mütəxəssislər tərəfindən nöqtə qoyulub.
Onlar sözügedən sabun növlərinin düzgün istifadə üsulları və saxlanılma şəraiti barədə məlumat veriblər.
“Bərk sabunlar dəri üzərində birbaşa sürtünmə yaratdıqlarından, dəridə toplanan kir və yağların təmizlənməsində effektivdirlər. Eyni zamanda, “pH” səviyyəsi adətən yüksək olduğundan bərk sabunlar bəzi bakteriya və mikrobların aradan qaldırılmasını təmin edir.
Ancaq bu sabunlar nəmli saxlanıldıqda səthində zərərli mikroorqanizmlər yaranır. Bu səbəbdən bərk sabunlar istifadə edildikdən sonra quru saxlanılmalıdır”, – deyə onlar bildiriblər.
Ekspertlərin sözlərinə görə, maye sabunlar adətən nasoslu şüşələrdə olduqlarından daha gigiyenik istifadə təmin edirlər.
“Həmçinin bəzi maye sabunlar antibakterial xüsusiyyət daşıdığından dəridəki mikroorqanizmlərin yaranmasının da qarşısını almağa kömək edir. Bərk sabuna nisbətən daha çox köpüklənməsi ilə də təmizliyi asanlaşdıran maye sabunlar daha çox gündəlik istifadəyə uyğun sayılır”.
Beləliklə, hər iki sabunun xüsusiyyətlərinə baxdıqda bərk sabunlar dəri səthində daha effektiv təmizlik təmin edir, maye sabunlar isə daha gigiyenik bir seçim olaraq qarşımıza çıxır.
Bununla belə, mütəxəssislərin sözlərinə görə, gündəlik təmizlikdə dəri quruluşunu qorumaq üçün maye sabun seçmək daha sağlam olar.
Oxu.az