Berluskoninin evi heç vaxt bombalanmayıb – Zelenskibackend

Berluskoninin evi heç vaxt bombalanmayıb – Zelenski

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın baş naziri Corciya Meloni dünən uzun müddətdir planlaşdırılan Rusiyanın hərbi cinayətlərindən əziyyət çəkən Buça və İrpin şəhərlərinə və paytaxt Kiyevə səfər edib.

NOCOMMENT.az xəbər verir ki, Meloninin Ukraynaya dünənki səfərində onun iqtidar ortağı Silvio Berluskoninin Rusiyanın arqumentlərini dəstəklədiyi barədə sözləri müzakirə edilib.

Giorgia Meloni ilə birgə mətbuat konfransı keçirən Ukrayna prezidenti Volodomir Zelenski onu tənqid edən İtaliyanın keçmiş baş nazirinə cavab olaraq “Berluskoninin evi heç vaxt bombalanmayıb” deyib.

Qeyd edək ki, Berluskoni fevralın 12-də verdiyi açıqlamada “Baş nazir olsaydım, heç vaxt Zelenski ilə görüşə getməzdim” deyərək Ukrayna liderini “müharibənin səbəbkarı olmaqda” ittiham edib.

NOCOMMENT.AZ