Bəxtiyar Hacıyev aclıq aksiyasını DAYANDIRDIbackend

Bəxtiyar Hacıyev aclıq aksiyasını DAYANDIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev aclıq aksiyasını dayandırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc məlumat yayıb.

“Bəxtiyar Hacıyev ailə üzvlərinin, ictimaiyyətin və vəkillərinin fikrini nəzərə alaraq aclıq aksiyasını rəsmi və faktiki olaraq dayandırıb. Hazırda səhhəti normaldır, həkim nəzarətilə qidalanmağa başlayıb. Ona dəstək olan hər kəsə minnətdarlığını bildirdi. Ona qarşı olan haqsızlığa son qoyulmasını tələb edir”, – deyə A.Layıc əlavə edib.