Beyin siqnalı ilə idarə olunan əlil arabası yaradılıbbackend

Beyin siqnalı ilə idarə olunan əlil arabası yaradılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya Elmlər Akademiyasının Sankt-Peterburq Maşınqayırma Problemləri İnstitutunun və Sankt-Peterburq Dövlət Universitetinin alimləri insan təfəkkürünün gücü ilə idarə olunan robot əlil arabası yaradıblar.
NOCOMMENT.az xəbər verir ki, bu barədə institutun Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, yenilik kibernetik neyrobiologiya metodlarına əsaslanır.
Bildirilir ki, bilavasitə beyin siqnalları ilə idarə olunan robot əlil arabası xüsusi alqoritmlər sayəsində insanın nə vaxt sağa və nə vaxt sola hərəkət etmək istədiyini dəqiq müəyyən edir.
Əlil arabası elektroensefaloqrafiya vasitəsilə beyin siqnallarına cavab verir. Əlil arabasını idarə etmək üçün şəxsin başına xüsusi baş geyimi ilə sensorlar bərkidilir.