Beyləqan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi cari təmir işləri üçün mal-materialların satın alınması məqsədilə tender keçirib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, tenderin qalibi “Leads Group Supply” MMC olub və idarə ilə şirkət arasında 75.756 AZN dəyərində müqavilənin bağlanması gözlənilir.
“Leads Group Supply” MMC-nin qanuni təmsilçisi Əli Əhmədov Vidadi oğludur, şirkətin nizamnamə kapitalı isə cəmi 1 AZN təşkil edir.













