43 yaşlı kişini əmisi oğlunun evində cərəyan vurdu – Vəziyyəti ağırdır / YENİLƏNİBbackend

43 yaşlı kişini əmisi oğlunun evində cərəyan vurdu – Vəziyyəti ağırdır / YENİLƏNİB 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

25.10.2025-ci il tarixdə saat 17:00 radələrində Beyləqan rayonunda elektrik cərəyanı vurması səbəbilə 1982-ci il təvəllüdlü şəxs (kişi) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

TƏBİB-dən NOCOMMENT.az -a verilən xəbərdə bildirilib ki, ona elektrik cərəyanının təsiri diaqnozu təyin olunub.

Pasiyentin müalicəsi Beyləqan Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olaraq qiymətləndirilir.

***19:07

Beyləqanda bədbəxt hadisə baş verib.

NOCOMMENT.az -ın əldə etdiyi məlumata görə, hadis rayonun Şahsevən kəndində qeydə alınıb. Belə ki, 1982-ci il təvəllüdlü Şumanov Əhməd Arif oğlu əmisi oğluna məxsus evdə elektrik naqillərinin təmir işini görərkən onu cərəyan vurub.

Ş.Əhməd Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Onun vəziyyətinin ağır olduğunu deyilir.

Faktla bağlı araşdırma aparılır