Beynəlxalq analitik mərkəzlərin nümayəndələri Ağdama gəliblərbackend

Beynəlxalq analitik mərkəzlərin nümayəndələri Ağdama gəliblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq analitik-beyin mərkəzlərinin nümayəndələrinin işğaldan azad edilmiş Ağdam rayonuna səfəri başlayıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (AIR) tərəfindən təşkil edilmiş səfər zamanı iştirakçılar erməni işğalı zamanı şəhərdəki dağıntıların miqyası ilə tanış olacaqlar.

Səfər proqramına şəhərin mərkəzinə, dağıdılmış Cümə məscidinə, Dram Teatrına, İmarət stadionuna və Qarabağ xanlarının kompleksinə ziyarət daxildir.