KoronaVirus İnformasiya Portalı
Bəzən bir kənd üçün gecə-gündüz vuruşuruq – POLKOVNİKbackend

Bəzən bir kənd üçün gecə-gündüz vuruşuruq – POLKOVNİK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kənardan baxanlar üçün kəndlərin azad olunması asan görünə bilər, amma ordumuz həmin kəndlərin azadlığı uğurunda gecə-gündüz vuruşur”.

NOCOMMENT.az xəbər verir ki, bunu ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

“Biz döyüşlərin ilk günlərində eyni vaxtda bir neçə ərazini işğaldan azad edirdik. Çünki o ərazilərin bir çoxu bir-birinə yaxın və nisbətən düzənlik sahələr idi. Buna görə də orada əməliyyat aparmaq nisbətən daha rahat olurdu. Amma indi döyüşlər dağlıq ərazilərdə, yüksəkliklərdə, meşəliklərdə gedir. Belə şəraitdə döyüşmək çox çətindir. Bu şərtlər altında bir kəndin belə işğaldan azad edilməsi saatlarla, bəlkə də günlərlə vaxt aparır. Bu baxımdan vətəndaşlar bunu anlayışla qarşılamalı, səbrli olmalıdırlar. Kənardan danışmaq, fikir bildirmək asan məsələdir, bunu hamı bacarır”, – deyə Ş. Ramaldanov bildirib.

Polkovnik müharibə vəziyyətində ruh düşkünlüyü yaradan sözlərdən, yazılardan uzaq olmağı tövsiyyə edib:

“Hazırda müharibə şəraitindəyik. Bu, kiməsə oyun gəlməsin. Müharibədə hər xırda detala önəm verməli, bacardığımız qədər diqqətli olmalıyıq. Həmçinin, ruh yüksəkliyinə də önəm vermək lazımdır. Bu da əsas məsələdir. Arxa cəbhədə olanlar, ön cəbhədə olanlara maksimum dəstək olmalıdır, onları ruhlandırmalıdır”.
Redaktor.az