Xəbər verdiyimiz kimi, ötən həftə bir neçə rayonun icra başçısının yeri dəyişdirildi.
NOCOMMENT.az JAM-a istinadən xəbər verir ki, prosesin bu həftə də davam eddəcəyi gözlənilir.
Lakin bu dəfə yerdəyişmə ilə yanaşı, bir neçə icra başçısının işdən çıxarılması da gözlənilir.
Məlumatda deyilir ki, işdən çıxarılması ehtimal edilənlər arasında Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcov, Lənkəranın icra başçısı Taleh Qaraşov, Ucarın icra başçısı Mənsur Məmmədov və Gəncənin icra başçısı Niyazi Bayramovun olduğu deyilir.
Bəzi məlumatlara görə, Niyazi Bayramov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı gətiriləcək. Onun Zakir Fərəcovu əvəzləyəcəyi gözlənilir.












