Bəzi ölkələrdə temperatur rekordları qırıla bilərbackend

Bəzi ölkələrdə temperatur rekordları qırıla bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Meteorologiya Təşkilatı (WMO) isti dalğası nəticəsində bəzi ölkələrdə temperatur rekordlarının qırıla biləcəyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, yazılı açıqlamada, intensiv isti dalğalarının ABŞ-ın cənubu, Aralıq dənizi, Şimali Afrika, Yaxın Şərq və bəzi Asiya ölkələrini təsir etdiyi və WMO-nun mümkün yeni temperatur rekordlarını araşdıracağı qeyd edilib.

Açıqlamada havaların isti keçməsi nəticəsində meteorologiya və hidroloji xidmətlər tərəfindən bir sıra gündəlik temperatur rekordlarının qeydə alındığı bildirilib.

Bəzi ölkələrdə milli temperatur rekordlarının qırıla biləcəyi və bunun da Ümumdünya İqlim Təşkilatının Qlobal İqlim Dövləti hesabatına daxil ediləcəyi qeyd edilib.

NOCOMMENT.AZ