Bidzina İvanişvilinin həbsdə olan sabiq köməkçisi azadlığa buraxılıbbackend

Bidzina İvanişvilinin həbsdə olan sabiq köməkçisi azadlığa buraxılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvilinin maliyyə üzrə sabiq müşaviri və köməkçisi Giorgi Baçiaşvili prosessual razılaşma əsasında azadlığa buraxılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb.

Məlumata əsasən, Giorgi Baçiaşvili bütün cinayət işləri üzrə günahını tam etiraf edib. O, həmçinin istintaqla əməkdaşlıq edib və dəymiş ziyanı ödədikdən sonra onunla prosessual razılaşma imzalanıb. Razılaşma ilə Giorgi Baçiaşvili şərti olaraq bir il müddətinə həbs cəzası alıb. O, bu müddətin 9 ayını artıq həbsdə keçirib.

Qeyd edək ki, Giorgi Baçiaşvili vaxtilə Bidzina İvanişvilinin təsis etdiyi İnvestisiya Fondunun rəhbəri olub. O, ötən il Bidzina İvanişviliyə məxsus 9 minə yaxın kriptovalyutanı oğurladığına görə 11 il müddətinə azadlıqdan məhrum edilmişdi. /APA/