Bildiyiniz bütün bitki çaylarını unudun! – Zeytun yarpağı çayını sınamaq üçün səbəblərbackend

Bildiyiniz bütün bitki çaylarını unudun! – Zeytun yarpağı çayını sınamaq üçün səbəblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar zeytun ağacının yarpaqlarından çay kimi istifadə edənlərin sayı artıb.

NOCOMMENT.az medicina-ya istinadən xəbər verir ki, dietoloq Perihan Kılıç zeytun yarpağı çayının faydalarından danışıb.

Dietoloqun sözlərinə görə, immunitet sistemini gücləndirən zeytun yarpağı çayı soyuq qış günlərində hamının ehtiyacı olan isti içkidir.

“Zeytundan əldə edilən məhsullar həm gözəllik, həm də sağlamlıq sahələrində çox istifadə olunur. Son vaxtlar isə zeytun yarpağı çayı populyarlaşıb. Bu da səbəbsiz deyil. Tərkibində A, D, E və K vitaminləri var. Zeytun yarpağı yüksək bioaktivliyə malikdir”, – deyə dietoloq qeyd edib.

P.Kılıç çayın ümumi faydalarını aşağıdakı kimi sıralayıb:

– Ürək-damar xəstəlikləri riskini azaldır
– Yüksək təzyiqdən əziyyət çəkənlərə faydalıdır
– Qan şəkərini aşağı salır
– Tərkibindəki “oleupoein” sayəsində antioksidantdır.
– Yoluxucu xəstəliklərin qarşısını alır
– Ağrı kəsici effekti var

Dietoloq zeytun yarpağı çayının arıqlamaq istəyənlər üçün də doğru seçim olduğunu vurğulayıb:

“2013-cü ildə aparılan araşdırmaya görə, piylənməyə səbəb olan insulin müqavimətinə müsbət təsir göstərir; ödemi aradan qaldırır; sidikqovucu təsirə malikdir”.

Bəs zeytun yarpağı çayı gündə neçə dəfə içilməlidir?

“Ac və ya tox olmağınızdan asılı olmayaraq, qəlyanaltı və səhər yeməyi zamanı zeytun yarpağı çayı içə bilərsiniz. Gün ərzində 1-2 stəkan istehlak etmək olar”, – deyə P.Kılıç bildirib.

Zeytun yarpağı çayını kimlər istehlak etməməlidir? Zərərləri nələrdir?

Dietoloq ürəkbulanma və qaşınma kimi əks təsirlər baş verərsə, çayı içməyi dayandırmağı tövsiyə edib:

“Digər bitki çayları kimi, həddindən artıq istehlak qaraciyər çatışmazlığına səbəb ola bilər. Bu səbəbdən gündə 1-2 stəkandan artıq içilməməlidir. Eyni zamanda hamilə və əmizdirən analar, böyrək çatışmazlığı, mədəsində problem, qan azlığı olanlar bu çayı içməməlidir”.

Zeytun yarpağı çayı necə hazırlanır?

1 stəkan qaynadılmış suya 1 çay qaşığı qurudulmuş zeytun yarpağı əlavə edib 5-10 dəqiqə dəmlənməsini gözləyin. Süzdükdən sonra çayınız hazırdır. Soyuq və ya isti içmək olar. Zeytun yarpaqlarını evdə özünüz də quruda bilərsiniz.