Ağ çörəyin zərərləri haqqında mif dağıldıbackend

Ağ çörəyin zərərləri haqqında mif dağıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağ çörəyin özü sağlamlıq üçün təhlükəli deyil – o, qan şəkərində təhlükəli sıçrayışlara səbəb olmur. Üstəlik, çörəyinizə liflə zəngin qida əlavə etmək onu daha sağlam edə bilər.

NOCOMMENT.az xəbər verir ki, bunu Böyük Britaniyanın Aston Universitetinin dietoloqu Dueyn Mellor “Daily Mail”-ə bildirib

Həkim izah etdi ki, 100 qram ağ çörəyin tərkibində təxminən 49 qram karbohidrat var. Eyni miqdarda tam taxıl çörəyində karbohidratların miqdarı təxminən 41 qramdır, bu da az deyil. Həmçinin, nişastaların bədəndə nə qədər tez həzm olunduğu və qlükoza əmələ gətirdiyi baxımından ağ və tam taxıl çörəyi arasında çox fərq yoxdur.

Bu o deməkdir ki, ağ çörək qan şəkərində təhlükəli sıçrayışlara səbəb olmur. Dietoloqun sözlərinə görə, qlükoza səviyyəsinin yüksəlməsi qida qəbuluna təbii reaksiyadır.

Ağ və tam taxıl çörəyi arasındakı əsas fərq xammalın – dənli bitkilərin üyüdülmə dərəcəsidir. Tam taxıl çörəyi həzmi yaxşılaşdırır, çünki o, qaba, natamam əzilmiş qida lifi ilə zəngindir. Bu onun faydalarının səbəbidir. Bununla belə, Mellorun fikrincə, adi ağ çörəyə lif (tərəvəz, göyərti) əlavə etmək onu eyni dərəcədə sağlam edə bilər.