Biləcəridə zəncirvari qəza: Üç maşın toqquşdu, yol iflic oldu – VİDEObackend

Biləcəridə zəncirvari qəza: Üç maşın toqquşdu, yol iflic oldu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az -ın Avtosfer.az-a istinadən məlumatına görə, qəza oktyabrın 28-də səhər saatlarında Yəhya Hüseynov küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan 90-LO-919 dövlət nömrə nişanlı “Ford Transit” markalı yük maşını, “Lexus” o isə öz növbəsində “Hyundai” markalı avtomobillə toqquşub. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb yolayrıcının keçilməsi qaydasının pozulması olub. Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə maddi ziyan dəyib.

Qeyd edək ki, qəzadan sonra yolda uzunmüddətli tıxac yaranıb. Qəzalı yük maşını evakuator vasitəsilə ərazidən kənarlaşdırılıb.