Biləsuvar Rayon İcra Hakimiyyətinin müavini Ləman Yüzbaşova ilə bağlı İNANILMAZ FAKTLARbackend

Biləsuvar Rayon İcra Hakimiyyətinin müavini Ləman Yüzbaşova ilə bağlı İNANILMAZ FAKTLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biləsuvar rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin “Qara Kassası” kimi tanınan Ləman Yüzbaşovanın əməlləri diqqət çəkib…

NOCOMMENT.az xəbər verir ki, belə ki, 2017 ci il də Biləsuvar rayon İcra Hakimiyyətinə Başçının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri təyin olunan Ləman Yüzbaşova işinin ilk icrasına başladığı gündən, sabiq başcının pul yığanı kimi rayonda tanınan vəzifəli şəxslərdən birincisiydi.

Məktəblərdən, Bağçalardan, Təhsil İdarəsindən hər ay həbsdə olan Sabiq Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyevin paketini şəxsən özü aparıb korrupsiyada tutulan başcıya çatdırırdı.

Ləman Yüzbaşovanın adı korrupsiyada hallanırdı, hal-hazırda həbsdə olan Mahir Quliyevə iş otağında sabiq başçıya pul verməsi təstiqini tapmışdır.

Nədənsə bəxti gətirən L. Yüzbaşova işini itirmədi, hansı öhdəlikləri icra edirdisə bu gün də indiki icra başçısına xidmətini əsirgəmir.

Sözü gedən xanım Vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, Qulluq mövqeyindən istifadə, Korrupsiya faktı, Təkrar rüşvət alma və.s çinayət işində biləvasitə adı çəkilən şəxsdir.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısının həbsindən sonra işdən azad olunmalı idi, lakin nədənsə Ləman Yüzbaşovaya qarşı məhəbbət sönmək bilmir, bu şəxs bütün İcra Hakimiyyətinin başçılarını ovsunlayır özünə tabe etdirir.

Bütün xidmətləri İcra Hakimiyyətində lazımı qədər edir, çün ki başçının digər əməllərindən xəbəri olan Ləman Yüzbaşovanı işindən çıxarmaq Rayon ” MERİNƏ” xeyir etmir. Çətinliyə düşəcəyindən qorxan İcra Başçısı Faiq Qürbətov bütün işləri Ləman Yüzbaşova ilə məsləhətləşir, onunla razılığa gəlib bölüşür.

Ləman Yüzbaşova yaxın adamların yanında bildirir ki, rayon meri məndən çəkinir, Faiq Qürbətov yaxşı bilir ki, o mənə toxunsa mən bütün onun gördükləri işi korrupsiyaya xəbər verəcəm.

Bütün həbs olunan İcra Hakimiyyətlərinin başçılarının müavinləri hər biri məsuliyyətə cəlb olunub, ən az cəza verilən şəxs işdən, tutduğu vəzifədən kənarlaşdırılıbdır.

Lakin Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovun müavini Ləman Yüzbaşovaya qaşın üstə qara var deyən yoxdu.

Bütün tədbirlərində Həbsdə olan Mahir Quliyevin yanında olan Ləman Yüzbaşova, bu gün eyni funksiyanı daşıyaraq Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətovun yanındadır. /yerli.media/

Ardı var…