Tanınmış Əmək rəşadəti nişanlı xanım vəfat etdibackend

Tanınmış Əmək rəşadəti nişanlı xanım vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biləsuvarda tanınmış mexanizator qadın Zəri Qurbanova dünyasını dəyişib.

NOCOMMENT.az-ın Cənub bürosunun verdiyi xəbərə görə Zəri Qurbanova 75 yaşında uzun sürən xəstəlikdən vəfat edib. O, kolxoz təsərrüfatında və pambıqçılıq sahəsində uzun illər çalışaraq kombayn sükanı arxasında fəaliyyəti ilə tanınıb. Hər mövsüm kombaynı ilə 300 tona yaxın pambıq yığmağa nail olan fədakar əməkçi kimi xatırlanır.

Fədakar əməyinə görə Zəri Qurbanova “Əmək rəşadəti” nişanı ilə təltif olunub.

Aişə Abdulova