Biləsuvar rayonunda evdə yanğın baş verib.
NOCOMMENT.az-ın Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Biləsuvar şəhərində ərazisində qeydə alınıb.
Belə ki, yanğın ümumi sahəsi 216 kvadratmetr olan ikimərtəbəli 5 otaqlı evdə baş verib. Hadisə yerinə Biləsuvar rayon yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Yanğın nəticəsində evin 2-ci mərtəbəsində 3 otağın yanar konstruksiyaları 80 kvadratmetr sahədə və dam örtüyünün taxta atmaları 40 kvadratmetr
sahədə yanıb.
Digər yanğın hadisəsi isə rayonun Aşağı Cürəli kəndində fərdi təsərrüfatda qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub.
Yanğın nəticəsində ümumi sahəsi 600 kvadratmetr olan tiklinin dam örtuyünün yanar konstruksiyaları 10 kvadratmetr sahadə və yaxınlıqda yığılan 22 ton ot bağlamasının 8 tonu yanıb.
Hər iki faktla bağlı araşdırma aparılır.












