Bina yandı: 9 nəfər öldübackend

Bina yandı: 9 nəfər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın Telanqana ştatının Heydərabad şəhərində bina yanıb . 

NOCOMMENT.az xəbər verir ki, binada olan anbarda kimyəvi maddələrin alovlanması ilə başlayan yanğın qısa zamanda bütün binaya yayılıb. 

Səmanı alovla bürüyən yanğında binada olan 9 nəfər həyatını itirib, 21 nəfər təxliyə edilib.

Telangananın baş naziri Kalvakuntla Çandraşekar Rao səlahiyyətlilərə hadisə qurbanlarına ən qısa zamanda lazımi yardım göstərməyi tapşırıb və həyatını itirənlərin yaxınlarına başsağlığı verib.

Yanğınsöndürənlər yanğının səbəbinin anbarda alışan kimyəvi maddələr olduğunu təsdiqləyiblər.