Çirkab suyu boş əraziyə axıdırlar…
NOCOMMENT.az xəbər verir ki, görüntüləri paytaxtın Xəzər rayonu, Binə qəsəbəsinin sakinləri “Xəzər Xəbər”in qaynar xəttinə göndəriblər. Yaxınlıqda yaşayan sakinlərin sözlərinə görə, xüsusi maşınlarla həmin ünvana tullantı su və zibilləri gətirib atırlar.
Digər sakinlər kamera qarşısında danışmaq istəməsələr də bildirdilər ki, günün müxtəlif saatlarında maşınlar gəlib bura tullantıları atırlar. Çirkabı axıdan şəxslərə yaxınlaşıb iradlarını bildirsələr də, maşınların sürücüləri müxtəlif bəhanələr gətirirlər. Sakinlər məsələ ilə bağlı müvafiq quruma da müraciət ediblər.
Məsələ ilə bağlı Xəzər rayon İcra Hakimiyyətindən “Xəzər Xəbər”ə bildirildi ki, sözügedən əraziyə baxış keçiriləcək və məsələ araşdırıldıqdan sonra müvafiq tədbirlər görüləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.