Bir erməni zabiti öldü, digəri xəsarət aldıbackend

Bir erməni zabiti öldü, digəri xəsarət aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 23-ü günorta saatlarında Ermənistan silahlı qüvvələrinin Vayk yaşayış məntəqəsində yerləşən hərbi hissəsində ölüm hadisəsi qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə sosial şəbəkələrin erməni seqmentində məlumat paylaşılıb.

Qeyd olunub ki, hərbi hissədə məsul vəzifələrdən birində xidmət edən erməni zabiti Ararat Mesropyan qəflətən ölüb. Araşdırmalar nəticəsində məlum olub ki, A.Mesropyanyın ölümünə səbəb infarkt keçirməsi olub.

Mesropyanyın xidmət yoldaşlarının dediklərinə görə, hərbi hissə komandiri ona qarşı zorakılıq tətbiq edərək qeyri-qanuni əməllərə məcbur edirdi. Zabitlər ehtimal edirlər ki, o, məhz bu səbəbdən infarkt keçirərək ölüb.

Digər məlumata əsasən, Ağdərə yaşayış məntəqəsində qanunsuz erməni silahlı dəstələrinin minamyot batareyasının komandiri David Mıkırtıçyan silahlanmada istifadəyə yayarsız olan xeyli sayda mərmiləri utilizasiya etmək qərarına gəlib.

Şahidlərin sözlərinə görə, mərmi ilə dolu xüsusi qutuların bir ərazidən digər əraziyə daşınması zamanı xidmət yoldaşı ilə mübahisə edən hərbi qulluqçu D.Mıkırtıçyanın sağ əli qutuların arasında qalaraq sınıb.

Hər iki hadisə ictimaiyyətdən gizlədilir.
Modern.az