Bir qrup Kəlbəcər sakini doğma şəhərindədirbackend

Bir qrup Kəlbəcər sakini doğma şəhərindədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir qrup Kəlbəcər sakininin doğma şəhərinə səfəri davam edir.

NOCOMMENT report-a istinadən xəbər verir ki, səfərdə 25 yerli sakin iştirak edir.

Artıq sakinlər “Tunel qətliamı”nın baş verdiyi ərazini ziyarət edib və gül dəstələri qoyublar.

Həmçinin səfər proqramı çərçivəsində sakinlər Başlıbel faciəsinin baş verdiyi əraziyə baxacaq, Zülfüqarlı kəndində Milli Qəhrəman Şahlar Şükürovun qəbrini ziyarət edəcək, eyni zamanda Günəşli kəndinə baş çəkəcəklər.

Onlar öz doğma şəhərlərində görülən işlərlə tanış olacaqlar.

Qeyd edək ki, səfər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunub.