Bir qrup sakin “Olympus Park” tikinti şirkətindən şikayətçidir – VİDEObackend

Bir qrup sakin “Olympus Park” tikinti şirkətindən şikayətçidir – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Olympus Park” tikinti şirkətinin yaşayış kompleksinin bir qrup sakini bu MTK-dan şikayətçidirlər. Onlar deyirlər ki, 24 aya təhvil veriləcəyi vəd olunan bina 5 ildir hazır deyil.

NOCOMMENT.az xəbər verir ki, söhbət paytaxtın Xətai rayonu, Cavanşir 32a ünvanında yerləşən “Olympus” MTK-nın tikdiyi yeni tikililərdən gedir.

Sakinlərin iddialarına görə, 2022-ci ildə təhvil veriləcəyi deyilən binanın həyətində hələ də qazıntı işləri aparılır.

Onların iddiasına görə, şirkət rəhbərliyi ilə əlaqə saxlamaq mümkün olmur, tikinti işləri isə çox ləng aparılır.

Məsələ ilə bağlı gün ərzində sözügedən tikinti şirkəti ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilmədi.

Binanın komendantı isə suallarımızı  cavablandırmaqdan imtina etdi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.