Bişkekdə böyük partlayış – Prezident vəziyyəti şəxsən nəzarətə götürdübackend

Bişkekdə böyük partlayış – Prezident vəziyyəti şəxsən nəzarətə götürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstanın paytaxtı Bişkekdə yerləşən istilik elektrik stansiyasında partlayış baş verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Qırğızıstan mətbuatı məlumat yayıb. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb, onlardan ikisi ambulator müalicəyə göndərilib. Yanıq xəsarətləri alan iki nəfərin vəziyyəti ağır, bir nəfərin isə orta-ağırdır. Partlayış səbəbindən şəhərin böyük hissəsində istilik enerjisindən problem yaranıb.

Fövqəladə hallar naziri Bobek Ajikayev istilik təchizatının bərpasının 5-7 gün ərzində mümkün olacağını açıqlayıb. Paytaxtda məktəblərin bazar ertəsinə kimi distant təhsilə keçdiyi qeyd olunur. Ölkə prezidenti Sadir Japarov vəziyyəti şəxsən nəzarətə götürüb.

O, Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün Qazaxıstana səfər etsə də, məlum hadisə səbəbindən Bişkekə qayıdıb. Partlayışın təxribat olduğuna dair iddialar var.