BMT 2023-cü ilin fələstinli uşaqlar üçün ən ölümcül il olduğunu açıqladıbackend

BMT 2023-cü ilin fələstinli uşaqlar üçün ən ölümcül il olduğunu açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən il İordan çayının qərb sahilində və Şərqi Qüdsdə fələstinli uşaqlar üçün ən ölümcül il olub, bölgədə zorakılıqlar görünməmiş səviyyəyə çatıb.

NOCOMMENT.az xəbər verir ki, bunu UNICEF-in Yaxın Şərq və Şimali Afrika üzrə regional direktoru Adele Xodr deyib.

“Bu il Şərqi Qüds də daxil olmaqla, Qərb Sahilində uşaqlar üçün ən ölümcül il oldu və münaqişə ilə bağlı zorakılıq görünməmiş səviyyəyə çatdı”, – deyə Khodr bildirib.

UNICEF-in regional direktorunun sözlərinə görə, son 12 həftə ərzində hərbi və hüquq-mühafizə orqanlarının əməliyyatlarının intensivləşməsi nəticəsində səksən üç uşaq həlak olub ki, bu da bütün 2022-ci ildəki ümumi göstəricidən iki dəfə çoxdur.