BMT Baş katibi İranda törədilən terror aktını pisləyibbackend

BMT Baş katibi İranda törədilən terror aktını pisləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT-nin Baş katibi Antoniu Quterreş İranın Kirman əyalətində qəbiristanlıq yaxınlığında törədilən terror aktını pisləyib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə BMT-nin mətbuat katibi Florensiya Soto Nino brifinqdə bildirib.

Baş katib Antoniu Quterreş günahkarların tezliklə məsuliyyətə cəlb olunmasını istəyib.

Qeyd edək ki, İranın İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) generalı Qasim Süleymaninin dəfn olunduğu qəbiristanlığa gedən yolda iki ayrı-ayrı məkanda partlayış törədilib. Partlayışlar nəticəsində ölənlərin sayı 103 nəfərə, yaralıların sayı 211-ə çatıb. Terror aktı ilə əlaqədar sabah ölkədə matəm elan edilib.