BMT: Dünya Aralıq dənizindəki uşaq ölümlərinə məhəl qoymurbackend

BMT: Dünya Aralıq dənizindəki uşaq ölümlərinə məhəl qoymur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondu (UNİCEF) 2023-cü ilin ilk 6 ayında Avropaya getmək üçün 289 uşağın Aralıq dənizini keçərkən həyatını itirdiyini və bu rəqəmin 2022-ci ilin ilk yarısı ilə müqayisədə iki dəfə artdığını və “dünyanın bu ölümlərə qəsdən məhəl qoymadığını” açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, Miqrasiya və Köçkünlük üzrə Qlobal Lider Vera Knaus İsveçrənin Cenevrə şəhərində jurnalistlərə açıqlamasında Aralıq dənizini keçərkən həyatını itirən uşaqlar haqqında danışıb.

Bu ilin ortalarında 289 uşağın öldüyünü qeyd edən Knaus, bu rəqəmin ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə artdığını bildirib.

Bu rəqəmin “xəbər başlıqlarında görünəndən çox” olduğunu qeyd edən Knaus, sözügedən rəqəmin hər həftə təxminən 11 uşağın ölümünə bərabər olduğunu vurğulayıb.

NOCOMMENT.AZ