7 oktyabr 2023-cü ildən bəri İordan çayının qərb sahilində və Şərqi Qüdsdə 160-dan çox uşaq ölüb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə BMT-nin İşğal olunmuş Fələstin Ərazilərində Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb.
Ölümlərin çoxu Cenin, Tulkərm, Tubas və Nablusda qeydə alınıb. Bundan başqa, hesabat dövründə daha 1132 uşaq xəsarət alıb.